logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev “DQR”lə müqayisədə Azərbaycanda məvaciblərin yüksək olduğunu deyib

İlham Əliyev “DQR”lə müqayisədə Azərbaycanda məvaciblərin yüksək olduğunu deyib

Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı altında olan əraziləri azad edildikdən sonra Dağlıq Qarabağdakı ermənilər yüksək məvacib və təqaüd alacaqlar.

“Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir”, – deyə ölkə başçısı vurğulayıb.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

İlham Əliyev “DQR” də əhaliyə verilən məvacibləri Azərbaycan üzrə göstəricilərlə müqayisələndirib. Azərbaycanda orta aylıq əməkhaqqı 373,6 dollar (635,1 manat), orta aylıq pensiya 130,2 (221,4 manat) dollar təşkil edib. Bu, “DQR” in müvafiq göstəriciləri ilə müqayisədə yüksəkdir. 

Dövlət Statistika Komitəsi

İqtisadi rayonlar üzrə məkhaqqı və pensiya

2019-cu il

Ərazi

Orta aylıq əməkhaqqı

Orta aylıq pensiya

manat dollar manat dollar
Azərbaycan 635,1 373,58 263,59 155
Bakı 868,8 511 366,03 215,31
1. Abşeron 503 295,88 236,76 139,27
2. Gəncə-Qazax 408,7 240,41 219,62 129,18
3. Şəki-Zaqatala 361,1 212,41 215,54 126,78
4. Lənkəran 379,1 223 209,65 123,32
5. Quba-Xaçmaz 414,3 243,7 219,28  128,98
6. Aran 390,3 229,58 216,84 127,55
7. Yuxarı Qarabağ 351,6 206,82 219,69 129,22
8. Kəlbəcər-Laçın 416,1 244,76 203,84 119,90
9. Dağlıq Şirvan 396 232,94 217,86 128,15
10. Naxçıvan 484,2 284,82 256,87 151,1

Amma Azərbaycanın iqtisadi rayonları üzrə məvacib və pensiyaların məbləği müxtəlifdir. Qarabağın işğal altında olan əraziləri Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının ərazisinə düşür. Yuxarı Qarabağ iqtisadi rayonu Tərtər, Ağdam, Xocalı, Şuşa Xocavənd, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini, Kəlbəcər-Laçın iqtisadi rayonu isə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir.

2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonunda orta aylıq nominal əməkhaqqı 206,8 dollar (351,6 manat), təyin olunmuş pensiyaların orta məbləği 129,2 dollar (219,7 manat) təşkil edib. Bu göstəricilər Kəlbəcər-Laçın iqtisadi rayonunda müvafiq olaraq 244,8 dollar (416,1 manat) və 135,8 dollar (230,8 manat) olub. Ötən il “DQR”-də orta aylıq əməkhaqqı 363,3 dollar, orta aylıq pensya 89,2 dollar təşkil edib.

2019-cu ildə ərazisi işğal altında olan iqtisadi rayonlar və “DQR”də 

məvaciblər (dollar)

Göstəricilər Yuxarı Qarabağ Kəlbəcər-Laçın  "DQR”
Orta aylıq əməkhaqqı 206,8  244,7 363,3
Pensiya 129,2 135,8 89,2

Qeyd edək ki, Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əhalinin dəyər yaradan resurslara çıxışı məhdud olub. Amma bu rayonlarda əməkhaqqı göstəricisinin “DQR”lə müqayisədə az olması sırf işğal faktoru ilə bağlı deyil. Çünki Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Aran və Dağlıq Şirvan kimi iqtisadi rayonlarda əməkhaqqı üzrə göstəricilər Kəlbəcər-Laçın iqtisadi rayonunda olduğundan da aşağıdır. 

Beləliklə, 2019-cu ildə Azərbaycan üzrə orta aylıq pensiya və əməkhaqqı “DQR”lə müqayisədə yüksək olub. Amma “DQR” Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının ərazisində qurulduğundan müqayisə Azərbaycanla yox, bu rayonlar üzrə aparılmalıdır. Ötən il bu iqtisadi rayonlarda pensiyaların orta həddi “DQR”lə müqayisədə yuxarı, orta aylıq nominal gəlirlərin məbləği isə aşağı olub. Bu baxımdan, Prezidentin iddiasında ancaq təqaüdlərlə bağlı dedikləri təsdiqini tapır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası yarı doğrudur.

PS. “İqtisadi rayonlar üzrə əməkhaqqı və pensiya” haqqında cədvəl yazı dərc olunandan sonra mətnə əlavə olunub. Bundan sonra faktmetr manipulyasiyadan yarı-doğruya dəyişdirilib.

ZƏRTAC, Prezident İlham Əliyev “BBC News”a müsahibə verib VİDEO

Dövlət Statistika Komitəsi, Yuxarı Qarabağ iqtsadi rayonu: Sosial iqtisadi göstəricilər, Əmək bazarı

Dövlət Statistika Komitəsi, Kəlbəcər-Laçın iqtsadi rayonu: Sosial iqtisadi göstəricilər, Əmək bazarı

Dövlət Statistika Komitəsi, Azərbaycanda orta aylıq pensiya

Dövlət Statistika Komitəsi, Azərbaycanda orta aylıq əməkhaqqı

“artsaxpress.am”, 2019 թ.-ին միջին ամսական անվանական աշխատավարձն Արցախում կազմել է 175.5 հազար դրամ. Մանուշ Մինասյան

“artsaxpress.am”, 22 123 гражданина получают пенсию в Арцахе. Самвел Аванесян

Yarı doğru
  • 30 Noyabr, 2020
  • 2134

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə