logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Bəzi inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda tənəzzül daha az olub”

İlham Əliyev: “Bəzi inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda tənəzzül daha az olub”

“Bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda 2020-ci il iqtisadi tənəzzül ili olub”.

Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında təməlqoyma və açılış mərasimlərindən sonra AZTV-yə müsahibəsində belə deyib

“Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu daha böyük rəqəmlərlə ölçülür”, - deyə o əlavə edib. 

“Fakt Yoxla” İlham Əliyevin bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Ölkə prezidenti Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 4.3% kiçilməsi faktını rəsmi statistikaya istinad edərək səsləndirib.

İnkişaf etmiş 36 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələr üzrə 2020-ci ildə iqtisadi daralma orta hesabla -4.2% olub. 

2020-ci ildə dünyanın ən nəhəng ölkəsi olan ABŞ və Çində iqtisadi artım baxımından fərqli nəticələr qeydə alınıb. 

Pandemiyanın təsiri üzündən ABŞ iqtisadiyyatı 2.3% kiçildiyi halda, Çin iqtisadiyyatı eyni həcmdə böyüyüb

Dünya Bankının statistikasına əsasən iqtisadi cəhətdən inkişaf etmiş, aparıcı iqtisadiyyata sahib və artıq 2020-ci ilin yekunlarına dair makroiqtisadi göstəricilərini açıqlamış 15 ölkənin iqtisadi artımı aşağıdakı kimidir: 

Dünya Bankının gəlir təsnifatında yüksək inkişaf etmiş ölkə statusunda olan dövlətlərin 2020-ci ildə iqtisadiyyatının araşdırması göstərir ki, onların xeyli hissəsində azalma 5% və daha yüksək olub. Beləliklə, Azərbaycan iqtisadiyyatı yüksək inkişaf etmiş dövlətlərlə müqayisədə daha az iqtisadi geriləmə yaşayıb. Müqayisəyə cəlb edilmiş 15 aparıcı ölkə içərisində Azərbaycan 6-ci yaxşı nəticəni göstərib.

“Fakt Yoxla"nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası doğrudur.

“stat.gov.az”, Sosial, iqtisadi inkişaf

“apa.az”, Prezident: “Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb”

“oecd.org”, Turning hope into reality

“cnbc.com”, New chart shows China could overtake the U.S. as the world’s largest economy earlier than expected

“bbc.com”, UK economy suffered record annual slump in 2020

“markets.businessinsider.com”, The UK economy suffered the biggest slump in the G7 in 2020, shrinking a record 9.9% as COVID-19 hit hard

“reuters.com”, France economy slumps less than expected in fourth quarter despite lockdown

“reuters.com”, UPDATE 2-Portugal's economy fell 7.6% in 2020, biggest drop since 1936

“focus-economics.com”, GDP in Austria

“asia.nikkei.com”, Malaysia's GDP shrinks 5.6% in COVID-marred 2020

straitstimes.com“”, Singapore economy to grow by 4-6% this year; 2020 contraction shaved to 5.4%

“reuters.com”, UPDATE 2-Canada economy better than expected in November, but impact of COVID-19 surge looms

“bbc.com”, Japan's economy shrinks 4.8% in 2020 due to Covid

“countryeconomy.com”, Netherlands Netherlands GDP - Gross Domestic Product

“bloomberg.com”, Danish Economy Contracted 3.7% in 2020, Flash Estimates Show

“nordeatrade.com”, The economic context of Norway

“bloomberg.com”, Korea Economy Shrinks Just 1% in 2020 on Exports, Virus Control

“datahelpdesk.worldbank.org”, World Bank Country and Lending Groups

“belstat.gov.by”, Gross domestic product 

“belstat.gov.by”, MAIN SOCIO-ECONOMIC INDICATORS OF THE REPUBLIC OF BELARUS January-December 2020

“centralasia.media”, ВВП Туркменистана в 2020 году вырос на 5,9%

“tass.ru”, ВВП Казахстана в 2020 году сократился на 2,6%

“kommersant.ru”, Росстат: ВВП России в 2020 году снизился на 3,1%

“trtavaz.com.tr”, Tacikistan ekonomisi 2020’de yüzde 4,5 büyüdü

“invest-in-uzbekistan.org”, ВВП Узбекистана в 2020 году вырос на 1,6%

“xinhuanet.com”, Ukraine's GDP fell by 4.4 pct in 2020: Ukrainian national bank

“coface.com”, MAJOR MACRO ECONOMIC INDICATORS

“rg.ru”, Равнение на компаньонов

“ru.investing.com”, Снижение ВВП Армении в 2020 году составило 7,5%

Doğru
  • 20 Fevral, 2021
  • 2835

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə