Milli Məclisin deputatı Qaya Məmmədov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib ki, müasir dünyada Ermənistan yeganə monoetnik dövlətdir: "İslamofobiya faktının adı son zamanlar qoyulub, amma bu fakt çoxdan mövcuddur. Müasir dünyada Ermənistan yeganə monoetnik dövlətdir. Ermənistan sistematik islamofobiyanın vətənidir", - deyə o vurğulayıb.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Monoetnik sözü qədim yunan sözləri olan “mono” (tək) və “ethnos” (millət) sözlərinin birləşməsindən yaranıb və bir etnik qrup tərəfindən məskunlaşılan ölkələri bildirir.
SSRİ tərkibində olarkən Ermənistan Respublikasında başda Azərbaycanlılar olmaqla müxtəlif etnik qruplar məskunlaşmışdı. Məsələn, 1979-cu il SSRİ əhali siyahıyaalmasına əsasən, Ermənistan SSR-də yaşayan əhalinin 10%-dən çoxu qeyri-ermənilər olub. Lakin, Ermənistan müstəqillik əldə etdikdən sonra demoqrafik mənzərəsi dəyişib və dünyada ən monoetnik ölkələrdən birinə çevrilib. Belə ki, 2022-ci il Ermənistanda əhalinin siyahıyaalmasına əsasən, əhalinin 98.1%-ni etnik ermənilər təşkil edir. Ermənilərdən sonrakı ən böyük saya malik etnik qruplar 1.1%-lə yezidilər, 0.5%-lə ruslar, 0.3% isə digər etnik qruplar təşkil edir.
Bununla belə, Ermənistan dünyada tək monoetnik ölkə deyil və əsas etnik qrupun faiz nisbətinin Ermənistandakından daha yüksək olduğu dövlətlər də mövcuddur. Bəzi nümunələrə nəzər yetirək:
Mənbə: CIA The World Factbook
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ermənistanın yeganə monoetnik dövlət olması ilə bağlı iddia yanlışdır.