logo logo

Believe in facts, not what has been said

Media

“Qafqazinfo.az”: 907-ci düzəliş qəbul ediləndə Cozef Bayden vitse-prezident idi

“Qafqazinfo.az”: 907-ci düzəliş qəbul ediləndə Cozef Bayden vitse-prezident idi

ABŞ Dövlət katibi Entoni Blinken aprelin 28-də Prezident İlham Əliyevə zəng edib. Blinken telefon danışığı zamanı bu il də “Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib.

“qafqazinfo.az” saytı iki dövlət rəsmisi arasında telefon danışığını şərh edərkən yazıb ki, 907-ci düzəlişin qəbul edildiyi zaman ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden Vitse-prezident vəzifəsini daşıyıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

907-ci düzəliş ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilib. Düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerikanın birbaşa dövlət yardımını qadağan edir. Düzəlişdə deyilir ki, Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımların atıldığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən nəzərdə tutulmuş bu və ya digər yardım göstərilə bilməz.

ABŞ Senatı 2001-ci ildə 2002-ci ilin sonuna qədər 907-ci düzəlişin ləğv edilməsi barədə ölkə Prezidentinə səlahiyyət verilməsi haqda qərar qəbul edib. Həmin vaxtdan etibarən ABŞ-da 907-ci düzəlişin tətbiqinin dayandırılması haqqında hər il yenidən qərar qəbul edilir.

907-ci düzəliş qəbul edilərkən ABŞ-da hakimiyyətdə Cozef Baydenin təmsil olunduğu Demokratlar yox, Respublikaçılar Partiyası olub. Həmin vaxt bu ölkənin Prezidenti Corc Herbert Ouker Buş (Ata Buş), Vitse-prezidenti isə Den Kueyl olub. Onların hər ikisi bu vəzifələrində 1989-1993-cü illərdə fəaliyyət göstərib Həmin dövrdə Bayden ABŞ Konqresində senator idi. Bayden yalnız 2009-2017-ci illərdə Obama adminstrasiyasında vitse-prezident kimi fəaliyyət göstərib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “qafqazinfo.az” saytının iddiası saxtadır.

Fake News
  • 6 May, 2021
  • 784

Share this article

Check own fact
Contact us