logo logo

Believe in facts, not what has been said

Economy

Mikayıl Cabbarov: “Bir sıra məhsullar Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir”

Mikayıl Cabbarov: “Bir sıra məhsullar Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir”

İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftə “CBC” kanalına müsahibəsində bildirib ki, 2020-ci ilin əvvəlində qüvvəyə minmiş imtiyazlı ticarət sazişinə əsasən, Azərbaycanın Türkiyə bazarına ixrac etdiyi məhsulların çeşidi xeyli artıb.

“Bu gün Azərbaycanın bir sıra məhsulları Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir”, – deyə nazir vurğulayıb. 

“Fakt Yoxla” Mikayıl Cabbarovun bu iddiasının doğru olub-olmadığını araşdırıb.

Türkiyənin rəsmi yayım orqanı olan “Resmi gazete”də paylaşılan məlumata görə, 2021-ci il martın 1-də Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişi qüvvəyə minib. 2020-ci il fevralın 25-də imzalanan bu saziş Preferensial Ticarət Sazişi adlanır

Sazişə əsasən, hər iki ölkənin milli istehsalı olan 15 adda fərqli məhsulun sıfır gömrük rüsumu ilə idxalı və ixracı həyata keçirilir. Azərbaycanlı istehsalçılar aşağıdakı ərzaq mallarını müəyyən kvota çərçivəsində Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə ediblər:

pendir – 100 ton, meyvə – 39 min ton, qara çay – 300 ton, günəbaxan yağı – 5 min ton, şəkər və şəkər məhsulları – 5 min ton, kakao və kakao-yarımfabrikatları – 1,25 min ton, meyvə və tərəvəz konservləri – 750 ton, meyvə püresi – 3 min ton, alma şirəsi – 2 min ton, şərab – 9 min dekalitr.

Rəsmi məlumatda vurğulanır ki, qeyd edilən məhsullar 2021-ci il üçün müəyyən edilən kvotalardır. Növbəti illərdə Türkiyə Ticarət Nazirliyi tərəfindən yeni tarif kvotaları elan olunacaq.

Sazişdə eynilə Türkiyəyə məxsus 15 malın da, Azərbaycana gömrük rüsumları tutulmadan gətirilməsi nəzərdə tutulub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə  görə, Mikayıl Cabbarovun iddiası doğrudur.

True
  • 29 December, 2021
  • 1173

Share this article

Check own fact
Contact us