logo logo

Believe in facts, not what has been said

Economy

Maliyyə naziri: “Azərbaycanda ömür uzunluğu dinamikası müsbətdir”

Maliyyə naziri: “Azərbaycanda ömür uzunluğu dinamikası müsbətdir”

"Bizdə ömür uzunluğu dinamikası müsbətdir”. 

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Parlamentin noyabrın 17-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyev pensiya yaşının aşağı salınmasını təklif etmişdi. Samir Şərifov isə pensiya yaşı ilə olduqca ehtiyatlı davranmaq lazım olduğunu deyib.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci illərdən etibarən Azərbaycanda gözlənilən ömür uzunluğu davamlı şəkildə artıb. 2020-ci ildə isə ciddi eniş müşahidə edilib. Belə ki, bu göstərici 76,4 yaşdan 73,2 yaşa enib. Buna “COVID-19” pandemiyası ilə yanaşı 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi də təsir göstərib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 2020-ci il dekabrın 31-də ümumilikdə 9 984 nəfər (qadın və kişilərin sayı açıqlanmır) pandemiya səbəbindən dünyasını dəyişib. Müdafiə Nazirliyinin yaydığı məlumatda isə 44 günlük Qarabağ savaşında 2 907 hərbi qulluqçunun dünyasını dəyişdiyi bildirilirdi.

 Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu (yaş)

Gözlənilən ömür uzunluğunu cinslər üzrə nəzərdən keçirdikdə məlum olur ki, qadınlarda bu göstərici kişilərə nəzərən 4.6 il yüksəkdir. Ancaq, qadınların ömür uzunluğu göstəricisi də son iki ildə ardıcıl olaraq azalıb. 

“Worldmeters.info”nun 2020-ci ilədək təqdim etdiyi göstəricilər DSK-nin təqdim etdiyi rəqəmlərdən qismən fərqlənsə də, bu platformada ümumi tendensiya əsasən müsbət olub.   

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Samir Şərifovun iddiası əsasən doğrudur.

Mostly true
  • 14 December, 2022
  • 2107

Share this article

Check own fact
Contact us