Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibə verib.
İlham Əliyev qeyd edib ki, Naxçıvan hələlik özünü südlə təmin edə bilməsə də, əsas ərzaq məhsulları ilə təmin edir.
“Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir”, – deyə Əliyev vurğulayıb.
“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
Dövlət Statistika Komitəsi (DSK) “Ev təsərrüfatları tədqiqatının əsas yekunları” adlı hesabatında ölkənin iqtisadi rayonları üzrə ərzaq məhsullarının adambaşına istehlakını açıqlayıb.
Hesabatda Naxçıvan MR-da adambaşına düşən əsas ərzaq istehlak aşağıdakı kimi göstərilib.
Naxçıvan Muxtar Respublikasında adambaşına istehlak 2019-cu il |
||
Sıra №-si |
Ərzaq məhsulu |
Adambaşına istehlak (kiloqramla) |
1. |
Çörək və çörək məhsulları |
132.7 |
2. |
Kartof |
71.0 |
3. |
Tərəvəz və bostan məhsulları |
103.8 |
4. |
Meyvə və giləmeyvə |
77.5 |
5. |
Ət və ət məhsulları |
32.9 |
6. |
Süd və süd məhsulları (südə çevirməklə) |
267.5 |
7. |
Balıq və balıq məhsulları |
6.4 |
8. |
Yumurta (ədəd) |
157 |
9. |
Qənd və qənnadı məmulatları |
29.1 |
10. |
Bitki yağı, marqarin və digər piylər |
11.1 |
11. |
Kərə yağı* |
7 |
*Hesabatda kərə yağı istehlakı barədə ayrıca məlumat verilmir. Lakin Azərbaycanda qida istehlakının mininum həddi ilə bağlı hökumətin qərarına əsasən, adambaşına hər il 7 kiloqrama yaxın kərə yağı istehlak edilməlidir.
2020-ci ilin əvvəlinə Naxçıvan MR-nın əhalisi 459 min 625 nəfər olub.
Əhali sayı və adambaşına düşən ərzaq məhsulu istehlakı göstəricisi ilə Naxçıvanda əsas ərzaq məhsullarının istehlak həcmi və mövcud istehsal gücü arasında fərqi müəyyənləşdirmək mümkündür.
Naxçıvan Muxtar Respublikasında istehsal və istehlak həcmi 2019-cu il |
|||||
Sıra №-si |
Ərzaq |
İstehlak həcmi (ton) | Mövcud istehsal | Özünü təmin etmə əmsalı % | |
1. |
Çörək və çörək məhsulları (un ekvivalentində) |
60 992 |
53300 |
87.3 |
|
2. |
Kartof |
32 633 |
50 092 |
153 |
|
3. |
Tərəvəz və bostan məhsulları |
47 709 |
125 596 |
263 |
|
4. |
Meyvə və giləmeyvə |
35 621 |
52 022 |
146 |
|
5. |
Ət və ət məhsulları |
15 121 |
15 517 |
102 |
|
6. |
Süd və süd məhsulları (südə çevirməklə) |
122 950 |
85 638 |
70 |
|
7. |
Balıq və balıq məhsulları |
2 942 |
m/y |
|
m/y |
8. |
Yumurta (ədəd) |
72 161 |
89 630 |
124 |
|
9. |
Qənd və qənnadı məmulatları |
13 375 |
1885,1 |
14 |
|
10. |
Bitki yağı, marqarin |
5 102 |
0 |
0 |
|
11. |
Kərə yağı |
3000* |
1210 |
40 |
*Cədvəl Naxçıvan MR əhalisinin sayına əsasən minimum istehlak normasına görə hesablanıb.
DSK-nın ən son açıqlamasına görə, Naxçıvanda buğda istehsalı 77 min ton ətrafındadır. Dünya Ərzaq Təşkilatının standartına əsasən, 1 ton buğdadan 730 kq. un istehsal olunur. Lakin DSK-nın ölkə üzrə buğda balansı statistikasına görə, mövcud buğda ehtiyatının orta hesabla 6%-i quruma, daşınma və s. səbəblərə görə itkiyə gedir. Beləliklə, Dünya Ərzaq Təşkilatının standartını və itkilərlə bağlı rəsmi statistikanı nəzərə aldıqda, Naxçıvanın hazırkı buğda istehsalı 53300 ton təşkil edir. Bu isə onun faktiki istehlakının 87.3%-ni təşkil edir. Amma istehsal edilən buğdanın müəyyən hissəsi toxumluq və yem məqsədilə istifadə edildiyindən bu amil MR-nın özünü unla təminat səviyyəsini daha da aşağı salır.
Beləliklə, Naxçıvan MR istehlak səbəti üzrə 11 əsas növ ərzaq məhsulundan 5-ni (kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, yumurta) təmin edə bilir. Digər 5 əsas ərzaq məhsulu– şəkər və qənnadı məmulatları, bitki yağları, kərə yağı və un, süd istehlakında öz ehtiyacını qarşılaya bilmir.
“Fakt Yoxla”nın əldiyi nəticəyə görə, Prezidentin iddiası yarı doğrudur.
P.S Bitki yağı və marqarin istehsalına dair məlumatlar dərc olunmağından bu məhsulun Naxçıvan MR üçün təminat əmsalını hesablamaq mümkün olmayıb.