logo logo

Believe in facts, not what has been said

Economy

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin iddiası

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin iddiası

“Hindistan 2022-ci ildə Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib”. 

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanla Hindistan arasında idxal və ixracın ümumi həcmi 1 milyard 882 milyon 72 min dollar təşkil edib. Bu, son 10 ildə ölkə arasında qeydə alınan ən yüksək göstərici olub. 

2005-ci ildən sonrakı dövrlərə dair rəsmi statistikaya nəzər salanda məlum olur ki, iki ölkə arasında ən böyük ticarət dövriyyəsi 2008, ən aşağı ticarət dövriyyəsi isə 2005-ci ildə baş verib. 

Bu göstəricilər müvafiq olaraq 2 milyard 542 milyon 888 min və 57 milyon 515 min dollar təşkil edib.

Ötən il Azərbaycanla ən böyük ticarət dövriyyəsinə malik ölkə 18 milyard 122 milyon 940 min dollarla İtaliya olub. Sıradakı növbəti yerləri Türkiyə, Rusiya və Çin tutub. 

Rəsmi statistika Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşının Hindistan olduğunu göstərir. Əvvəlki illərdə bu yeri Sinqapur, Böyük Britaniya, ABŞ, Fransa, İsrail, Türkiyə, Çin və Almaniya tuturdu. 

Qeyd edək ki, Hindistandan Azərbaycana əsasən düyü, alüminium oksidləri, dərmanlar, mobil telefonlar, keramik plitələr, ekskavatorlar, özüyeriyən maşınlar, antibiotiklər, kənd təsərrüfatı traktorlar, vaksinlər, qara çay və s. idxal edilib.

Azərbaycandan Hindistana ixrac olunan əsas məhsul xam neft olub. Göndərilən mallar arasında yod, xam ipək, efirlər və s. də yer alıb.

Beləliklə, 2022-ci ildə Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Vinay Kumarın iddiası doğrudur

True
  • 10 February, 2023
  • 1905

Share this article

Check own fact
Contact us