logo logo

Deyilənlərə yox, faktlara inanın

Hesabatlar

Mart ayında mediada xarici dövlətlərlə bağlı dərc edilmiş narrativlər

Mart ayında mediada xarici dövlətlərlə bağlı dərc edilmiş narrativlər

“Mediada xarici dövlətlərlə bağlı narrativlər” reportu “Fakt Yoxla” tərəfindən Azərbaycan mediasında İran, Rusiya, Türkiyə və Qərb dövlətləri haqqında dərc olunan narrativləri özündə ehtiva edir. Reportun bu sayı 2023-cü ilin 1 Mart - 31 Mart tarixlərini əhatə edir.

Reportun hazırlanmasında məqsəd ölkənin media mühitində qonşu dövlətlər olan İran, Türkiyə və Rusiya və Qərb dövlətləri ilə bağlı hansı narrativlərin (hekayələrin) dərc edildiyini, dövri olaraq bu hekayələrin sayında və ya məzmununda hansı dəyişikliklərin olduğunu, hansı dövlətlərə qarşı qarayaxma kompaniyalarının aparıldığını ölkə vətəndaşlarına göstərməkdir.

Nəticələrə görə bu ay ərzində monitorinq edilmiş media qurumlarında ən çox yer alan xarici dövlət İrandır. İran ilə bağlı ay ərzində 53 narrativ qeydə alınıb. Ümumilikdə monitorinqin nəticəsində 87 narrativ aşkar edilmişdir.

  • 1 Aprel, 2023
  • 1077

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə