logo logo

Believe in facts, not what has been said

Politics

Fazil Mustafa: “Duqin və qızı Darya bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır”

Fazil Mustafa: “Duqin və qızı Darya bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır”

“Duqin və qızı Darya bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır”. Bunu deputat Fazil Mustafa tanınmış rus ideoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin qızı Darya Duqinanın sui-qəsd nəticəsində öldürülməsi haqda sosial şəbəkə hesabında yazdığı statusda bildirib.   

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyini azad edib. 

Nəticədə Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məskunlaşma mümkün olub. 

2018-ci il iyul ayında Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib. Konfransda Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" Partiyasından olan deputatı Aleksey Yezubov, ictimai xadim Maksim Şevçenko, eləcə də Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin və başqaları iştirak ediblər

Konfransda Duqin, Qarabağ haqqında da danışıb. “Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Rusiya Federasiyasının rəsmi və vahid mövqeyidir. Bütün dünya ictimaiyyəti buna inanır”, – deyə o, konfransın açılış nitqində bildirib.

Kremlin ideoloqu çıxışında əlavə edib ki, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Rusiyanın siyasi xadimlərinin Qarabağ meydanında olması, Rusiyanın həm ictimai, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini göstərir”.

Aleksandr Duqin 2-ci Qarabağ Müharibəsindən sonra bir neçə dəfə Azərbaycanın media orqanlarına müsahibə də verib. Həmin müsahibələrində o, Azərbaycanı müharibənin qalib tərəfi hesab etdiyini bildirib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Fazil Mustafanın iddiası doğrudur. 

PS. Aleksandr Duqin Beynəlxalq Avrasiyaçılıq Hərəkatının tanınmış nəzəriyyəçilərindən biridir. Hərəkatın əsas ideyalarından biri Dublindən Vladivostoka qədər uzanan, Avrasiyada rus hegemonluğuna xidmət edən imperiyanın qurulmasıdır.  

True
  • 31 August, 2022
  • 772

Share this article

Check own fact
Contact us