logo logo

Believe in facts, not what has been said

Politics

Azərbaycan əhali sayının artımına görə öndə gedən ölkələrdəndir

Azərbaycan əhali sayının artımına görə öndə gedən ölkələrdəndir

“Azərbaycan əhalinin sayının artması baxımından həm postsovet, həm də Avrasiya qitəsində öndə gedən ölkələrdəndir”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Əvvəla, Avrasiya qitə yox, materikdir və ayrılıqda Avropa və Asiya qitələrindən ibarətdir.

Dünya Bankının məlumat bazasındakı göstəricilərə əsasən, postsovet ölkələrində əhalinin sayının dəyişməsi 2020-ci ildə aşağıdakı kimi olub:

Göründüyü kimi, ötən il ərzində Azərbaycanda əhalinin artımı 0,9 faiz olub. Bu göstərici ilə Azərbaycan 15 postsovet respublikası arasında altıncıdır.

Avrasiya materikinə gəlincə isə, Azərbaycan bu coğrafiyada yerləşən 93 ölkə arasında (müstəmləkə ölkələri nəzərə alınmayıb) əhali sayının artımına görə, 39-cu yerdə qərarlaşıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputat Hikmət Babaoğlunun iddiası yarıdoğrudur.

Səhvlərin düzəldilməsi siyasəti: "2019-2020-ci illərdə post-sovet ölkələrində əhalinin sayının dəyişməsi" adlı infoqrafikada Türkmənistan və Qazaxıstanın 2019-cu ilə aid göstəricisi yanlış göstərilmişdi. Oxucularımızdan gələn müraciətlərdən sonra rəqəmlər düzəldilmişdir. Yeni rəqəmlər fakt-metrin göstəricisini dəyişməyib.

“Azadlıq Radiosu”,  Azərbaycanda  əhali artımının azalmasını kim necə görür

“Dünya Bankı”, Population

Half true
  • 31 August, 2021
  • 1933

Share this article

Check own fact
Contact us