logo logo

Believe in facts, not what has been said

Media

Was the Arab Spring carried out by Western countries?

Was the Arab Spring carried out by Western countries?

"Müsavat.com”da dərc edilən məqalədə keçmiş İraq prezidenti Səddam Hüseynin edamı və sonrakı proseslər 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri arasında qısa da olsa paralel aparılıb. 

Ardınca ABŞ və Böyük Britaniyanın İraqa daxil olmasından 8 il sonraya keçid edən müəllif 2011-ci ildə Yaxın Şərq ölkələrində “Ərəb baharı”nın Qərb ölkələrinin həyata keçirdiyi qənaətinə gəlib.  

“…Yaxın Şərqin başqa ölkələrini xarabazara çevirdilər: Misirdə, Liviyada, Tunisdə, Yəməndə, Əlcəzairdə, İordaniyada böyük üsyanlar başladıldı, sonra Suriyada xaos yaradıldı və böhran indiyə qədər davam edir. Amma Bəşər Əsəd Səddam Hüseyndən fərqli olaraq, ölkəsinin xarabalığa çevrilməsinə rəğmən, dayana bildi. Düzdür, onu Rusiya və İran ciddi dəstəklədilər, devrilməyə, asılmağa imkan vermədilər. Bu da reallıqdır. Bununla belə, ABŞ-ın bu bölgəyə azadlıq və demokratiya gətirəcəyinə hələ də inananlar var. Səbəb nədir? Nə üçün müsəlman dünyasını xaosun, terorrun içinə salan Qərbdən hələ də demokratiya gözləntiləri var?”.

“Fakt Yoxla” “Ərəb baharı”nın Qərb ölkələri tərəfindən həyata keçirildiyi iddiasının doğru olub-olmadığını yoxlayıb. 

2011-ci ilin əvvəllərində öncə Tunisdə başlayan və sonradan qonşu Şimali Afrika və Yaxın Şərq ölkələrinə keçən etiraz aksiyalarına qərb mediasında “Ərəb Baharı” adı verilib. Tunisdə başlayan kütləvi etiraz aksiyaları 2010-cu il dekabrında 26 yaşlı tərəvəz satıcısı Muhəmməd Buazizinin növbəti dəfə cərimələnməsi, əmlakının müsadirə edilməsi, polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması, rəsmilərin onun şikayətinə baxmayandan sonra bələdiyyə qarşısında özünü yandırmasının ardınca başladı. 

Bu hadisə mərkəzi hakimiyyətə qarşı etirazların qığılcımına çevrildi və 23 il hakimiyyətdə olan prezident Zeyn əl-Abdin bin Əlinin hakimiyyətdən istefa verməsi, demokratik dəyişiklik tələbləri ilə müşayiət olundu. Əvvəlcə etirazçılara qarşı güc tətbiq etməyə çalışan Prezident sonradan Səudiyyə Ərəbistanına qaçmalı oldu.

Tunisdə başlayan qarşıdurmanın uğurla nəticələnməsi qonşu xalqlara demokratik dəyişikliklərin və uzunmüddətli avtoritar hakimiyyətlərə qarşı mübarizənin mümkünlüyünü göstərdi. Etiraz aksiyaları Misir, Liviya və digər ərəb ölkələrinə keçid etdi. 

Misirdə başlayan etirazlar prezident Hüsni Mübarəkin otuz illik avtokratik hakimiyyətinə son qoyulması çağırışları ilə müşayiət olunurdu. Etirazlarlar ölkədə hökm sürən korrupsiya, yüksək işsizlik və yoxsulluq səviyyəsinə yönəlmişdi. 2011-ci il yanvarın 25-də başlayan etiraz aksiyaları 18 gün davam etdi və fevralın 11-də Hüsni Mübarəkin istefası ilə nəticələndi.

Ardınca mərkəzi hakimiyyətə qarşı etirazlar Liviyada başladı. Benqazidəki etirazlar polislə toqquşmalara gətirib çıxardı. Qısa müddət ərzində, etirazlar 1969-cu ildən prezident olan Müəmmar Qəddafi tərəfdarları ilə müxalif qüvvələr arasında silahlı qarşıdurma vəziyyətinə keçdi. BMT-nin Təhlükəsizlik Şurası mülki əhalinin qorunması məqsədilə Liviyada “qeyri-uçuş” zonası tətbiq etdi. İğtişaşlar oktyabrın 20-si Qəddafinin üsyançılar tərəfindən tutulması və öldürülməsi ilə nəticələndi.

“Ərəb baharı”nın son və ən uzunmüddətli üsyanı Suriyada oldu. 2011-ci ilin martında başlayan etiraz aksiyaları tezliklə münaqişə halını aldı. Prezident Bəşər Əsədin etirazlara rəğmən vəzifədən getməkdən imtina etdi və ölkədə vətəndaş müharibəsi başladı. 

2011-ci ildə Əli Abdulla Saleh artıq 30 ilə yaxın idi ki Yəməndə prezident idi. Ölkədə başlayan etirazların əsas tələbi 30 ildən çox prezident postunu tutan Əli Abdulla Salehin hakimiyyətdən getməsi idi. Etirazlar nəticəsində Əli Abdullah Saleh prezident postunu tərk etməyə məcbur oldu.

2010-da Əlcəzairdə başlayan etirazların əsas səbəbi yoxsulluq, ərzaq qiymətlərində infilyasiya, korrupsiya və s. idi. Hökumət etirazları yatırmağı bacardı. Prezident Əbdüləziz Buteflika konstitusiyaya dəyişkilik edəcəyinə söz versə də, bu baş tutmadı. 

İordaniyada etirazlar 2011-ci ildə başladı. Etirazçıların əsas tələbi hökumətin daha çox iş imkanları yaratması və korrupsiyanın qarşısını alması idi. Etirazlar nəticəsində Kral II Abdulla baş naziri vəzifədən aldı və hökuməti buraxdı. 

Bütün bu ölkələrdə baş verən etirazların əsas səbəbi uzun illərlə insan hüquqları və azadlıqlarının tapdalanması, yüksək korrupsiya və yoxsulluq səviyyəsi olmuşdu. “Müsavat.com”da dərc olunan məqalədə bu üsyanların başlaması və xaos yaratmaqla, həmin ölkələrin böhran vəziyyətinə gətirilməsinə görə məsuliyyət ABŞ və Böyük Britaniyanın üzərinə atılır.

Lakin, həmin hadisələr barədə yazılar və araşdırmalarda səsləndirilən fikirlərə nəzər saldıqda aydın olur ki, üsyanların başlanması daxildən qaynaqlanan və uzun illər ərzində avtokratik prezidentlər tərəfindən həll edilməyən problemlərin dözülməz hala gəlməsinin nəticəsidir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Ərəb baharı”nın başlanılmasının səbəbləri haqqında iddia anti-Qərb propaqandasıdır. 

Propoganda
  • 30 March, 2022
  • 1051

Share this article

Check own fact
Contact us