logo logo

Believe in facts, not what has been said

Media

Məkkə yaxınlığında havadan asılı qalan qaya

Məkkə yaxınlığında havadan asılı qalan qaya

Sosial mediada Məkkə yaxınlığında olduğu və havadan asılı qaldığı iddia edilən qaya parçasının fotosu yayılır. “Faktlı_tv” adlı instaqram səhifəsinin paylaşdığı fotoya 31 mindən çox baxış olub. 

 

Hələ 2021- ci ilin sentyabrında “instagram”da paylaşılan eyni foto 80 minədək hesab tərəfindən bəyənilmişdi.

İlk dəfə 2017-ci ildə Nigeriyalı bir şəxs tərəfindən “facebook”da paylaşılan qayanın Qüdsdə (Yerusəlim) olduğu iddia olunub.

Qaya parçası iddiada deyildiyi kimi Məkkə şəhərində yox, Səudiyyə Ərəbistanının Əl-Əhsa əyalətinin Əl-Twaither şəhərində yerləşir.

“Google Earth” fotoşəkillərinə baxanda məlum olur ki, qaya havada deyil, “üç ayaq” vasitəsilə yerə təmas edir.

AlAhsa “Youtube” kanalının yaydığı videoda qayanın ayaqlarının fotoşop vasitəsilə necə montaj edildiyini görmək mümkündür.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, qaya parçasının havada durduğuna dair iddialar saxtadır.

Fake News
  • 28 June, 2022
  • 632

Share this article

Check own fact
Contact us