logo logo

Believe in facts, not what has been said

Media

“Azov” alayının komandirinin əsir götürüldüyünə dair iddia

“Azov” alayının komandirinin əsir götürüldüyünə dair iddia

Sosial şəbəkələrdə Ukraynanın “Azov” alayının komandirinin döyüş zamanı əsir götürüldüyünə dair iddialar yayılıb. 

Əslində isə, görüntülər yeddi il əvvələ aiddir.  “Youtube” platformasında “yaxalanmış kiborqlar” başlığı ilə fərqli kanallarda paylaşılan videodakı şəxs 1977-ci il təvəllüdlü Oleq Kuzminixdir. 

Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Hava Hücumu Briqadasının 90-cı batalyonunun komandiri olan Kuzminix 2015-ci ilin yanvarında Donetsk hava limanının müdafiəsi zamanı əsir düşüb.

O, yaralanmış yoldaşlarını döyüş meydanından çıxararkən dumanda azaraq qarşı tərəfin əlinə keçib. Oleq Kuzminix 124 gün əsirlikdən sonra azad edilib və Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenko tərəfindən III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Foto: Nikolay Lazarenko / POOL / UNIAN 

 

Qeyd edək ki, “Azov” alayının komandiri Oleq Kuzminix yox, Denis Prokopenkodur

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Oleq Kuzminixin bu il Rusiyanın Ukraynaya hücumundan sonra əsir düşdüyünə dair xəbərlər saxtadır.

Fake News
  • 18 April, 2022
  • 671

Share this article

Check own fact
Contact us