logo logo

Believe in facts, not what has been said

Human rights

Vəkilin evində və ofisində axtarış

Vəkilin evində və ofisində axtarış

Sentyabrın 11-i məhkəmə qərarları ilə vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı həbs edilib. 

Jurnalist Cinayət Məcəlləsinin 311.3.3-cü (külü miqadarda rüşvət alma), vəkil isə 32.5, 311.3.3-cü (küllü miqdarda rüşvət almada köməkçi) maddələri ilə təqsirləndirilir. 

Sentyabrön 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sadıqovun həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilib. Ancaq ona qarşı cinayət ittihamı ləğv edilməyib, vəkil hələ də təqsirləndirilən şəxs statusundadır.  

Bundan əvvəl - sentyabrın 10-u isə Baş prokurorluğun İstintaq İdarəsinin əməkdaşlarının vəkilin evində və ofisində axtarış aparması və sənədlər götürməsinə dair məlumatlar yayılıb. 

Sadıqov saxlanılarkən çəkilən videogörüntülər bunu təsdiq edir. 

“Fakt Yoxla” vəkilin evində və ofisində axtarış və sənədlərin götürülməsinin legitimliyini analiz edib. 

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən:

1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Skrinşot Avropa Şurasının saytından götürülüb. (Article 8 https://www.echr.coe.int/documents/convention_eng.pdf )

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dəfələrlə gəldiyi qənaətə görə, hüquq peşəsi sahəsində çalışan şəxslərin təqibə və təzyiqə məruz qalması Konvensiya sistemini tam qəlbindən vurmaqdır. Buna görə də hüquqşünasların məkanlarında axtarış aparılması məsələsi ciddi şəkildə araşdırılmalıdır.

Strasburq Məhkəməsi qeyd edir ki, qanuni olaraq öz peşəsini, əsasən Vəkillər  Kollegiyasının üzvü kimi fəaliyyət göstərən vəkilin evində və ya ofisində axtarışlar və ya yoxlamalar xüsusi prosessual təminatlarla müşayiət olunmalıdır. Çünki vəkilin öz müştərilərinə münasibətdə toxunulmazlıq hüququ var. Ona görə axtarışın aparılmasına dair qərar qəbul edildikdə, bu, nəzərə alınmalı və vəkilin müştərilərinə aid sənədləri qorunmalıdır.

AİHM İntiqam Əliyev Azərbaycana qarşı işində hüquqşünasın ofisi və evindən götürülən sənədlərin digər vətəndaşlar-ərizəçilər ilə bağlı iş materialları olduğundan bunu 8-ci maddənin pozuntusu kimi dəyərləndirib. 

Məhkəmə hesab edib ki, ərizəçinin evində və ofisində axtarış və sənədlərin götürməsi 8-ci maddənin 2-ci bəndində göstərilən qanuni məqsədlərdən heç birini güdməyib.

AİHM “Niemietz Almaniyaya qarşı”, “Sallinen və başqaları Finlandiyaya qarşı” və “Aleksanyan Rusiyaya qarşı” işlərində vəkilin ofisində, o cümlədən sənədlərdə və elektron məlumatlarda axtarış aparılmasını onun “şəxsi həyatına”, “evinə” və “yazışmalarına” müdaxilə hesab edib.

Elçin Sadıqov jurnalistlərə açıqlamasında mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlərin götürüldüyünü bildirib. Sadıqovun iddiasına görə, axtarış qərarı qəbul edilərkən məhkəməyə onun vəkil olması barədə məlumat verilməyib.

Elçin Sadıqovla bağlı qərar

Vəkilin evində və ofisində axtarışlar zamanı orada olan hüquqşünasların hal şahidləri kimi iştiraklarına icazə verilməyib və axtarış Sadıqovun vəkilinin iştirakı olmadan başlayıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, vəkilin ofisində xüsusi təminatlar olmadan axtarış aparılması legitim olmayıb. 

Analysis
  • 26 September, 2022
  • 2411

Share this article

Check own fact
Contact us