logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Xamenei sünni din xadiminin qətlini Rusiya ilə əlaqələndirib?

Xamenei sünni din xadiminin qətlini Rusiya ilə əlaqələndirib?

Gundelik-baku.com”, “ovqat.com”, “azerbaycan24.com”, “ordu.az”, “musavat.com” və “arqument.az” da daxil olmaqla 20-dək yerli xəbər saytı iddia edib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei sünni din xadimi Mövləvi Əbdülvahid Riqinin qətlini Rusiya ilə əlaqələndirib.

“Bu cinayəti törədən bədxahlar bəluc soydaşlarının xoşbəxtliyi və İran xalqlarının birliyi düşmənlərinin xidmətində olan rus muzdlularıdır”, - deyə xəbər saytları Xameneiyə istinadən yazıblar.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Seyid Əli Xameneinin dekabrın 14-də “Twitter” hesabında paylaşdığı postda “rus muzdluları” yox, “üzüqara muzdlular” ifadəsi işlədilib. Belə ki, farsca “rusiyəh” kimi səslənən söz “üzüqara” deməkdir. 

“Bu cinayəti törədən bədxahlar bəluclu soydaşlarımızın rifahının və İran etnik qruplarının birliyinin düşmənlərinin xidmətində olan rəzil muzdlulardır. Məsul dövlət qurumları cinayətkarları tez və sərt şəkildə təqib etməli və cəzalandırmalıdır”, – deyə Xameneinin paylaşımında yazılıb.

Skrinşotlar Xameneinin “Twitter” hesablarından götürülüb.

İran dini liderinin səhifəsindən ingilis dilində paylaşılan postda da “disgraceful mercenaries” ifadəsindən istifadə olunub ki, bu da “üzüqara (bədxah, rəzil) muzdlular” deməkdir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, saytların Xameneinin Riqinin qətlini Rusiyaya bağlamasına dair yaydığı məlumat tərcümə xətasından qaynaqlanıb.

 

https://lh6.googleusercontent.com/kNfMeJFoLsyxtf3Wl8-dR90zhRuI0QzsZ2VREFMuCTPkfZWMhcIvSS6osnS_0ge8t7pTH6_8Cwj-eu-sAR7k88vfHYliJxKrDFIBL3Gx_6LwGusjz8etWIrw43JmR8Vmcy0UCb1jfi0f-o0__muD2geZNg3KEc2LTigvKA-Klidm3edoMsqYU1TauYwWn-DQ

https://lh5.googleusercontent.com/gHg8a9N8-tUD9rOjYhP4aWSoNI__GUOZjhiw7eH887kgeMMkBzhfdnjD9axdxQLSfcI9GM1ZzfBup3B4ndYPRa5h8S4yy8MoPAIQEVhg4dVcE299Tl_HIVz2qmUe1BnWnSRauVbIDMXKJR0doC7bzO-KtlNjZpTwf45yBf0waSRUBMCjrXGw6p0aLzu43xTT

https://lh4.googleusercontent.com/e5Z2tzIDXhOUPvh995ut8nwUe_N5ns9gC8IYKYluxlnLW0U04phsnkSJXl_4YZ8bQcbdu4QqxUoEmjVQIYk9hOJZcKtqDJE9J8XXwv17-k1fsjVCqpoCFNwJlVUrPS9tHWQs0So3Dwn9NIBBIbUrm-nP-jboU7wnNtciGGwrJVamMgQc4l9eP_HjgbTKgsTd

https://lh5.googleusercontent.com/BGzzWxJA1gp2RNUEF-4lVrEto6EU51YUfO95YMHUe0lMaa5NRizVFGDc94h9KZenZqChXjv-CAAHtQtd9RaiUidQIeLXd4VAe43CLah8jzbNio0L-qJeVTY7HVKA5xmAvzGYn-IMjanV21NJwjwh2jVakh6Ngda5zYFIujf6nCtBishfRN_JEUhK0FOUsvwc

https://lh6.googleusercontent.com/TKp4BSLH6WyjePLtlqjt_c_xzhE-ASQQrhqDCaQ6MFuc9zpKuPlO_TWGZjz7GlWMXH5LotIsiFHCSfMqtEkdvnw8VUXOPezrreNZ_dysmF09D74MOtIDhj-f7WP9-YeXvL477INruf690-idoxaHe2csZJpCgegekRAfz74_H96Asy7qovXOADrPr5PDRObK

gundelik-baku.com”, “Riqini qətlə yetirən rus muzdlularıdır” - Xamenei 

ovqat.com”, Xamneyi bəluc din xadimini Rusiya muzdlularının qətlə yetirdiyini bildirib

azərbaycan24.com”, Xameneyi ölkədəki qanlı hadisəyə görə rusları ittiham etdi

ordu.az”, Xamenei bəluc din xadimini Rusiya muzdluların qətlə yetirdiyini bildirib

musavat.com”, Aqoniya yaşayan İran rejiminin ikiüzlülüyü - qaçan da “Allah” çağırır, qovan da...

arqument.az”, "Cinayəti törədən bədxahlar rus muzdlularıdır" - Xameneyi

“Twitter”, @khamenei_fa, 14.12.2022

“Twitter”, @khamenei_ir, 14.12.2022

Saxta Xəbər
  • 29 Dekabr, 2022
  • 604

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə