logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

“Toplum TV”-nin ana ölümü ilə bağlı iddiası

“Toplum TV”-nin ana ölümü ilə bağlı iddiası

“Çox təəssüflər olsun ki, əvvəlki illərə nisbətən ana və uşaq ölümlərində artım müşahidə olunur”. Bu iddia “Toplum TV”-nin efirində yayımlanan veriliş zamanı aparıcı tərəfindən səsləndirilib. 

“Fakt Yoxla” ana ölümləri ilə bağlı iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ana ölümlərinin sayı artıb.  Belə ki, ötən il hər 100 min nəfər diri doğulana düşən ana ölümü əmsalı 17.8 təşkil edib. Halbuki, beş il əvvəl bu göstərici 13.8 təşkil edib.

Son iki ildə doğuşların sayında da azalma müşahidə olunub. Belə ki, 2020-ci ildə hamiləliyini başa çatdırmış qadınların sayı azalaraq 104 604, 2021-ci ildə 82 049 təşkil edib. 2013-cü ildə bu göstərici 113 mindən bir qədər artıq olub. 

Bir sıra beynəlxalq qurumların yaydığı məlumatlarda Azərbaycanda ana ölümləri ilə bağlı statistik göstəriciləri azalan xətlə davam etsə də, ölüm əmsalı DSK-nin yaydığı məlumatlarla müqayisədə yüksəkdir.  

Məsələn, Dünya Bankının yaydığı məlumata görə, 2016-ci və 2017-cı illərdə Azərbaycanda hər 100 min diri doğulana düşən ölüm əmsalı 26, Dövlət Statistika Komitəsinin həmin illərdə açıqladığı ölüm əmsalı müvafiq olaraq 13.8 və 14.6 təşkil edib.  

 Beləliklə, yerli və beynəlxalq statistikada ana ölümlərinin əmsalı fərqli olsa da, son illərdə Azərbaycanda hər 100 000 nəfər diri doğulana düşən ana ölümü əmsalı artıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Toplum TV”-nin iddiası doğrudur

“Toplum TV”, “Artan ana və uşaq ölümlərinin səbəbi nədir?”

“Dövlət Statistiak Komitəsi”, Ana ölümü

Dünya Bankı, Azərbaycanda ana ölümləri

Doğru
  • 28 Oktyabr, 2022
  • 1914

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə